Ərzaq, içki və siqaretin qiymətləri artıb –RƏSMİ
Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin noyabr ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən aya nisbətən 101,2 faiz, ötən ilin noyabr ayına nisbətən isə 120,1 faiz olub.
“İstehlak qiymətləri indeksi” ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
KARUSEL / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 12-12-2022, 17:21