mobil versiya

Rusiyaya casusluqda şübhəli bilinən alman kəşfiyyat zabiti saxlanılıb



Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) zabiti dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.
“WELT” nəşrinin məlumatına görə, o, Rusiyaya casusluq etməkdə şübhəli bilinir.
Nəşr bildirir ki, Karlsrue federal prokurorluğu araşdırma aparır. Kəşfiyyatçı dekabrın 21-də Almaniya Federal Kriminal Polis İdarəsi tərəfindən həbs edilib.
Həmçinin qeyd edilir ki, digər kəşfiyyat rəsmiləri də məlumatları Rusiya hakimiyyətinə ötürmüş ola bilər.

KARUSEL / DÜNYA
Tarix: 23-12-2022, 10:36