mobil versiya

Sabahın hava proqnozu



Dekabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütunu enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2022, 15:03