Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı
“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. Sportlife.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.
Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.
Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.
KARUSEL / İDMAN
Tarix: 5-01-2023, 16:51