"Qarabağ"ın 42,4 milyonluq rəqibi - Prezidenti də azərbaycanlı imiş - FOTO
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.
BAKU.WS xəbər verir ki, "Ferentsvaroş" Budapeşti təmsil edən Macarıstanın peşəkar futbol klubudur.
Yarandığı gündən bəri 33 dəfə Macarıstan çempionu olub, 24 dəfə Macarıstan kubokunun qalibi olub, bir dəfə Yarmarkalar Kubokunun (UEFA Kuboku və Avropa Liqasının sələfi) finalında “Yuventus”a qalib gələrək çempion olub.
Komanda ev oyunlarını 22 min tamaşaçı tutumuna malik "Groupama Arena"da keçirir.
2011-ci il fevralın 25-də Macarıstan Milli Assambleyasının üzvü Qabor Qubadov "Ferentsvaroş"un prezidenti təyin edilib. 56 yaşlı Q.Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.
Hazırda "Ferentsvaroş"un nüfuzlu Almaniya portalı "Transfermarkt"dəki ümumi dəyəri 42,45 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu isə Aissa Laïdounidir. Onun transfer dəyəri 3,5 milyon avrodur. Eyni zamanda klub dəyəri 3 milyon olan Marquinhos, Adama Traore adlı futbolçulara da malikdir.
KARUSEL / İDMAN
Tarix: 28-07-2022, 14:00