mobil versiya

"Qarabağ"ın 44 milyon avroluq rəqibləri - FOTO/SİYAHI




"Qarabağ" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın "Lex" komandası ilə qarşılaşacaq.

REPORTYOR.AZ xəbər verir ki, "köhlən atlar" bu raundda ilk oyunu 5-6 iyulda səfərdə, cavab qarşılaşması isə 12-13 iyulda evdə gerçəkləşəcək.

"Lex" futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib.

Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir.

Polşa təmsilçisi ölkə çempionatının 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22-ci illərdə qalibi olub.

Hazırda klubun nüfuzlu Almaniya portalı "Transfermarkt"dəki ümumi dəyəri 44,85 milyon avro göstərilib. "Lex"in ən bahalı futbolçusu isə Jakub Kaminskidir. Onun transfer dəyəri 10 milyon avrodur. Qeyd edək ki, futbolçu artıq "Lex"in oyunçusu sayılmır. Polşalı futbolçu Almaniyanın "Volfsburq" klubuna transfer olunub. Klubun ən önəmli silahlarından biri də Tomaş Kedzioradır. Polşa yığmasının da üzvü olan Kedzioranın dəyəri 4 milyon 500 min avrodur. O, Ukraynanın "Dinamo" (Kiyev) klubundan 5 milyon avro qarşılığında transfer olunub. 



KARUSEL / ÖLKƏ
Tarix: 16-06-2022, 14:00