mobil versiya

60 ölkədə Formula 1 Azərbaycan Qran-Prisinə biletlər alınıb



Formula 1 Azərbaycan Qran-Prisinə Avropa, Asiya və Şimali Amerika ölkələrində maraq olduqca yüksəkdir.

Bu barədə yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 1 ay ərzində 60 ölkədə Azərbaycan Qran-Prisinə biletlər alınıb və proses davam edir. Bilet alanlar arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, ABŞ və Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edirlər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək. (AZƏRTAC).

KARUSEL / İDMAN
Tarix: 12-01-2023, 16:13