Rus Dram teatrında yeni tamaşanın premyerası olacaq
Fevralın 10-11-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında hazırlanmış “Benya “Kral” və başqaları” tamaşasının premyerası olacaq.
Tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskidir.
Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.
Premyera teatrın baş rejissoru Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.
Biletləri teatrın kassalarından, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-01-2023, 11:32