mobil versiya

Şəki teatrında “Çələbi xan” tarixi dramına ictimai baxış keçirilib


Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xaqani Əliyevin “Çələbi xan” tarixi dramı əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib.
Tarixi dram Şəki xanlığını yaradan, tariximizdə hikmətli və cəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda apardığı mübarizədən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən bəhs edir.
Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı, Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur.
Bir-birindən maraqlı, rəngarəng tarixi obrazların yer aldığı tarixi tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirzəzadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol alıblar.
Səhnə əsəri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-12-2022, 14:17