mobil versiya

Xalq artisti Vaqif Şərifov dəfn edilib - FOTO



Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov son mənzilə yola salınıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, Xalq artisti ilə vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilib. Mərasimdə mərhumun yaxınları, sənət dostları, aktyorlar və şəhər ziyalıları iştirak edib.

Məlumat üçün bildirək ki, Vaqif Şərifov bu gün sabah saatlarında dünyasını dəyişib. 78 yaşlı Xalq artistinin səhhətində ciddi problemlər yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib.

SON XƏBƏR / KARUSEL
Tarix: 5-10-2021, 11:45