mobil versiya

Səfirliyimizə terror hücumunda şəhid olan Orxan Əsgərov kimdir?



Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş leytenant olub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb.
Orxan Əsgərovun atası  Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.
Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.
O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur. O, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. 

KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 14:19