mobil versiya

Azərbaycan XİN İrandakı səfirliyimizə hücumla bağlı məlumat yaydı



"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

MANŞET / KARUSEL
Tarix: 27-01-2023, 11:17