YASİN HÜSEYNZADƏ KİMDİR? – Keçmiş “SEPAH” zabiti haqda bəzi məlumatlar
İran vətəndaşı, hazırda meyvə-tərəvəz satışı ilə məşğul olan “SEPAH”-ın keçmiş zabiti Yasin Hüseynzadə yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək, “Kalaşnikov” markalı avtomatdan atəş açmaqla səfirliyin təhlükəsizlik xidmətinin rəisini öldürüb, iki əməkdaşı isə yaralayıb. İran tərəfi hadisənin ailə-məişət münaqişəsi zəminində baş vediyini bildirsə də, Azərbaycan tərəfi və bir çox xarici dövlət baş verənləri terrok aktı adlandırıb.
“AzPolitika.info” xəbər verir ki, “Azad İran” kanalında Yasin Hüseynzadəylə bağlı bir sıra maraqlı məlumatlar dərc edilib.
Həmin məlumatları oxuculara təqdim edirik:
“Yasin Hüseynzadə kimdir?
Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb.
Yasin 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.
Yasin Hüseynzadə silahı necə əldə edib?
Bu, təbii ki, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır.
Burada iki fərziyə var. Birincisi, Azərbaycanın irəli sürdüyü fərziyə: Bu, terror aktıdır. Hücumun koordinasiyası və terrorçunun silahlandırılması İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən həyata keçirildiyi üçün silahla təmin etmək də onların işidir.
İkinci fərziyyə: İslam Respublikası polisində sistemli korrupsiya.
Əvvəllər də İran polisi, “SEPAH” və hətta “ETTELAAT” tərəfindən qadağan olunmuş malların gizli satışı ilə bağlı çoxlu məlumatlar var idi. Həmin gizli satışlar sırasında peyk antenalarından tutmuş alkoqollu içkilərə və narkotiklərə, hətta silah qaçaqmalçılığına qədər ad çəkmək olar.
İkinci fərziyyə daha zəif görünsə də, bunu nəzərdən qaçırmamaq lazımdır.
Terror aktı yoxsa ailə münaqişəsi?
Hücum edənin iddiasının qəbul edildiyini, eləcə də onun keçmiş və indiki əlaqələrini və “SEPAH”-la əməkdaşlığını nəzərə alsaq, bu əməliyyatı “dəqiq və planlı əməliyyat” hesab etmək lazımdır.
Terror aktı fərziyyəsi bu günlərdə İslam Respublikası ilə Azərbaycan arasındakı son günlərin qarşıdurmasına səbəb olan ən aydın fərziyədir. Yasin Hüseynzadə “Kalaşnikov” silahı ilə aşağıdan səfirliyə hücum edir. Hadisədən sonra həmin silah İran polisinə təhvil verilməzdən əvvəl Azərbaycan səfirliyinin mühafizəçilərindən birinin əlində şəkli çəkilib.
Bu silahın seriya nömrəsi, Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşının dediyinə görə, saxtalaşdırılıb və qundağının yeganə aydın seriya nömrəsi N-12067-dir və İran daxilində nömrələnib. Həmin silahın İran silahlı qüvvələrinə məxsus olmadığı qeyd olunsa da, 25 iyun 2019-ci ildə Lorestan əyalətinin polis idarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən qəbul edilib və ən azı 2000-ci ilin mart ayına qədər Zəncan əyalətinin polis qüvvələri tərəfindən aşkar edilən silah-sursat anbarında saxlanılıb...”
“AzPolitika.info”
KARUSEL / GÜNDƏM
Tarix: 1-02-2023, 09:27