mobil versiya

Səfirliyə hücum edən şəxs 50 yaşlı kişi olub, binanın girişində atəş açmağa başlayıb



Səfirliyə hücum edən şəxs 50 yaşlı kişi olub, binanın girişində atəş açmağa başlayıb.

Bu barədə İran SEPAH-a yaxın mənbə məlumat yayıb.
Qeyd olunub ki, 50 yaşlı kişi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib. İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.
Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 11:55