Bakıda keçmiş məhkumlar fahişəliklə məşğul olan homoseksualları döyüblər
Dekabrın 23-ü gecə Moskva prospektində yerləşən 68 nömrəli binanın qarşısında fahişəlik etmək üçün yığılan homoseksuallar döyülüb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Nəsimi rayonu 19-cu Polis Bölməsinə zərərçəkmiş 41 yaşlı Bakı sakini A.B. müraciət edib.
Onun dediyinə görə, üç nəfər ona hücum edib və güc tətbiq edərərək, 27 manatını mənimsəyib.
Bir neçə saatdan sonra Polis Bölməsinə 21 yaşlı Ağstafa sakini olan seksual azlıq nümayəndəsi də müraciət edib.
Onun sözlərinə görə, beş nəfər şəxs onu döyərək, beş manat pulunu, şəxsiyyət vəsiqəsini, mobil telefonunu və başqa əşyalarını götürüblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şöbənin əməkdaşları tərəfindən üç şübhəli şəxs – 23 yaşlı Gədəbəy rayon sakini İlkin Məmmədov, 41 yaşlı Siyəzən rayon sakini Ramin İbrahimov və 52 yaşlı Bakı şəhər sakini Vəfalı Hüseynov saxlanılıb.
Onların üçü də əvvəl məhkum olublar. V.Hüseynov qaçaqmalçılıqla bağlı məhkumluq həyatı yaşayıb.
Hadisə qarət kimi qiymətləndirilib.
Hücum edən digər şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 23-12-2019, 22:25