mobil versiya

20 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb



Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıb.

DSX-in mətbuat mərkəzindən bildiriblər ki, yanvarın 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə marixuana, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana və 300 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam еtdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 1-02-2023, 13:06