Pərvin sevgilisini yaxın rəfiqəsilə oteldə tutdu - VİDEO
Aktrisa Pərvin Abıyeva sevgilisinin ona yaxın rəfiqəsilə xəyanət etdiyindən danışıb.
BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "Hər şey daxil” verilişinin qonağı olan aktrisa dost xəyanətilə üz-üzə qaldığından söz açıb:
"Mən qəlb sındırmağı sevmirəm. Heç kim durub deyə bilməz ki, mənə Pərvindən pislik gəldi. Bu gözlənilməz bir şeydir. Buna mən başımla cavabdehəm. Amma dostluq da edəndə hərşeyimi ortaya sərirəm - maddi, mənəvi. Zəif nöqtəmə qədər göstərirəm və sonra onu mənim əleyhimə çevirirlər.
Sevgilim məni yaxın rəfiqəmlə aldadıb. Nəinki mesajlaşıblar, görüşüblər. Hətta otelə də gediblər. Bu da sənə sensasiyalı açıqlama. Amma, Tolik, qızın xəbəri yoxdur ki, mən bunu bilirəm, üzünə də vurmamışam. Sadəcə İnstaqramımdan uzaqlaşdırdım, hər yerdə blokladım. Heç xəbəri də yoxdur ki, mən bunu ona niyə elədim. Ad günümdə məni təbrik də etdi".
KARUSEL / ÖLKƏ
Tarix: 22-10-2019, 17:18