mobil versiya

Aleksey Miltıxın konserti təşkil ediləcək



Martın 3-də Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın konserti təşkil ediləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, “Solo” adlı konsert Aleksey Miltıxın istedadını qiymətləndirənlər üçün böyük hədiyyədir.
Dinləyicilər bu konsertin proqramına daxil edilmiş klassik və estrada əsərlərinin nəfisliyini, lirik nümunələrin zərifliyini duyacaq, rok improvizələrindən enerji alacaqlar.
Alekseyin yeni formatda birinci solo konsertinə getmək şansını qaçırtmayın.
Bakıdakı Rus Evinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutacaq konsertin təşkilatçısı StolitsA.rt saytıdır. (AZƏRTAC)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-02-2023, 10:57