Şəbnəm Tovuzlu: "Məhərrəm ayında konsert verməyin yaxşı olmadığını demişdim"
Müğənni Şəbnəm Tovuzlu İstanbulda 8 sentyabra planlanlaşdırılmış solo-konsertinin baş tutmamasının səbəbini açıqlayıb.
Reportyor.az shownews.az-a istinadən xəbər verir ki, müğənni gələn ay möhtəşəm solo konsert ilə Türkiyədə sevənlərinin qarşısına çıxacağını bildirib:
“Konsertim ləğv olunmayıb, oktyabr ayının 27-də baş tutacaq. Mən əvvəlcədən təşkilatçılara Məhərrəm ayında konsert verməyin yaxşı olmadığını demişdim. Hərçənd ki, bildiklərini etdilər.
1800 nəfərlik zaldır. Türkiyədə kifayət qədər sevənim var. Konsertim ləğv olunmayıb, sadəcə təxirə salınıb. Daha möhtəşəm etməyə indi vaxtımız da kifayət qədərdir. Türk tamaşaçılarının qarşısına yeniliklərimlə çıxacağam”.
Qeyd edək ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, İstanbulun Taksim meydanında yerləşən məkanların birində baş tutacaq konsertin gerçəkləşməməsininə səbəb biletlərin satılmaması olub. Konsertə günlər qalmış məkanın sahibləri ifaçı ilə əlaqə saxlayaraq biletlərin satılmamasını xəbər veriblər. Boş zalda səhnəyə çıxmaq istəməyən Tovuzlu konserti oktyabr ayına təxirə salıb.
MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-09-2019, 11:16