Azərbaycan XİN başçısı İsrailə gedəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.
Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.(Report)
KARUSEL / SİYASƏT
Tarix: 3-03-2023, 10:57