İsrail XİN rəhbəri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib
İsrail xarici işlər naziri Eli Koen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.
Bu barədə İsrail XİN başçısı “Twitter” hesabında paylaşım edib.
“Azərbaycanla əlaqələri möhkəmləndiririk! Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon əlaqəsi saxladım. O, məni təyinatım münasibətilə təbrik etdi. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar olaraq mən naziri səfərə dəvət etdim. Biz ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, – israilli nazir vurğulayıb.(APA)
KARUSEL / SİYASƏT
Tarix: 13-01-2023, 18:55