Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu
Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı
162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub.
Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.
Zərərçəkmişin mülki iddiası qismən təmin olunub - Sevinc Abbasovanın üzərinə Elinanın ailəsinə 8500 maddi, 10 min manat isə mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi qoyulub.
KARUSEL / GÜNDƏM / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 24-10-2019, 20:20