“DÜNYA TEHRANA MANE OLMASA...” - Netanyahu nüvə müharibəsi xəbərdarlığı edib
İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsi başlayacaq. Bu, dünyanı dəyişəcək və hər kəs üçün böyük problem olacaq.
“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Dünya Tehranın nüvə silahı əldə etməsinə əngəl olmasa, dəhşətli nüvə müharibəsi başlayacaq. Bu, hamımız üçün problemə çevriləcək. Bu, dünyanı dəyişəcək”.
Onun fikrincə, İranın nüvə silahının ortaya çıxması bölgədə zəncirvari reaksiyaya səbəb olacaq, çünki belə bir təhlükəni anlayan digər rejimlər silahlanmağa tələsəcəklər.
B. Netanyahu İrana qarşı savaşın başlayacağı təqdirdə nüvə müharibəsindən qorxanların şərhlərinə də cavab verib: “Əgər bunu etməsəniz, sizi müharibə, potensial olaraq dəhşətli nüvə müharibəsi gözləyir”.
Baş nazir deyib ki, sarsıdıcı sanksiyalar və həqiqi hərbi tarazlığın mövcudluğu İranın nüvə silahı istehsalını dayandırmağın tək yoludur.
KARUSEL / DÜNYA
Tarix: 10-03-2023, 11:56