“Çoxları İranın əsl üzünü gördü” - Netanyahu
“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaqlar”.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrailə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib.
“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm: İsrailin əlindən gələni etməkdir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını alsın”-deyə, o bildirib.
Netanyahu qeyd edib ki, ABŞ dövlət katibinin ölkəsinə səfəri dünya ictimaiyyətində çoxlarının İranın əsl üzünü gördüyü vacib məqama təsadüf edir.
“Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”.(Report)
KARUSEL / DÜNYA
Tarix: 30-01-2023, 21:28