mobil versiya

“HÜCUMLARDA İŞTİRAK ETMƏMİŞİK...” – Pentaqondan İran açıqlaması



Son iki gündə İranın 25-dən artıq hərbi obyektinə zərbə endirilib. İsrail rəsmiləri hücumların İranın nüvə silahı əldə etmək cəhdlərinə adekvat olaraq həyata keçirildiyini təsdiq ediblər. Rəsmi Tehran isə faktı təsdiqləyib, amma bilavasitə İsraili ittiham etməyib. Bildirilib ki, hücumlar İranın daxilindən İsrailə bağlı terrorçu qruplar tərəfindən həyata keçirilib.
Bu gün Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın İrandakı zərbələrdə iştirak etmədiyini bildirib. “Reuters” xəbər verir ki, Rayder əlavə şərh verməkdən imtina edib. Adları çəkilməyən ABŞ rəsmiləri agentliyə deyiblər ki, ABŞ İranın İsfahan şəhərindəki hərbi zavoda pilotsuz təyyarə ilə hücumda iştirak etmir.
“Al Arabiya” telekanalının Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, İsfahandakı hərbi zavoda hücumda ABŞ Hərbi Hava Qüvvələrinin əli ola bilər.
Yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Al Arabiya” telekanalı adı açıqlanmayan “İsrail mediasına” istinadla İsrailin İrana qarşı hərbi əməliyyata başlaması barədə məlumat yayıb.
İRNA agentliyi mənbələrinə istinadən yazıb ki, İsfahandakı müdafiə departamentinin obyektinə hücum kiçik bombalarla təchiz edilmiş üç müasir kvadrokopterdən istifadə edilərək həyata keçirilib.
İsfahan İranın ən böyük şəhərlərindən biridir, əhalisinin sayına görə üçüncüdür. Bu şəhər İranın qədim paytaxtlarından biridir, böyük sənaye və mədəniyyət mərkəzidir. Bundan əlavə, İsfahan eksperimental nüvə reaktoruna və nüvə yanacağının istehsalı üçün infrastruktura malikdir.(AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: 30-01-2023, 13:56