mobil versiya

İranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"




“ABŞ İrana qarşı raket hücumu etsə idi, onların 400 hədəfini vurmağa hazır idik”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmos Qoşunlarının komandanı, briqada generalı Əmrəli Hacızadə yerli televiziyaya sınaqdan çıxarılan “Nur” hərbi peyki barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyanın supergüclərinin kosmosda yer alması çox önəmli məsələdir: “Odur ki, İranın bu gücü və əldə etdiyi uğur ABŞ-ı əsəbləşdirərək narahat edib. ABŞ-ın təlaşı İranın layihəsinin nəticə verdiyinin göstəricisidir”.

Qeyd edək ki, İran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə dənizdə ABŞ gəmilərini təqib edən İran hərbi gəmilərini məhv etməyi əmr etdiyini açıqlamışdı.

MARAQLI / SON XƏBƏR / DÜNYA
Tarix: 24-04-2020, 12:29