mobil versiya

İran Xəzərdə hərbi təlimə başlayıb


Bu gün İran Xəzər dənizində "Davamlı təhlükəsizlik-98" hərbi təliminə başlayıb. APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, təlimlər 4 gün davam edəcək.
Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.

SİYASƏT / DÜNYA
Tarix: 1-09-2019, 15:55