mobil versiya

ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunacaq



ABŞ və İsrailin “Juniper Oak 2023” hərbi təlimləri bu il iki ölkə arasında ən böyük birgə manevr olacaq, onlara 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS reaktiv yaylım atəşi sistemləri cəlb olunacaq.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
"Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz, davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub", - o deyib.
"Həftə ərzində 140 təyyarə, 12 gəmi, HIMARS çoxsaylı buraxılış raket sistemləri cəlb olunacaq", - ABŞ hərbi qurumunun nümayəndəsi vurğulayıb.
Rayderdən bu təlimin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı dəyişikliyi göstərib-göstərmədiyini soruşulub. "Onların məqsədi hər hansı bir düşmənə və ya təhlükəyə yönəlmək deyil, söhbət birlikdə işləməkdən gedir", - Pentaqonun sözçüsü cavab verib.(Report)



KARUSEL / DÜNYA
Tarix: 25-01-2023, 10:15