mobil versiya

Netanyahu məhkəmə islahatlarını dayandıracağını bəyan etdi



İsrail Baş naziri Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını bəyan edib.
Baş nazir bu barədə Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.
Təşəbbüsün əsas ideoloqu – ədliyyə naziri Yariv Levin də başqa seçim olmadığını deyib.
Qeyd edək ki, hakimlərin təyinatı üzərində İsrail hökumətinə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə islahatları yəhudi dövlətində kütləvi etirazlara səbəb olmuşdu.

KARUSEL / DÜNYA
Tarix: 27-03-2023, 13:52