mobil versiya

76-cı Kann Film Festivalının filmləri və ulduzları təsdiqlənib


Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Kann Film festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, sevimli aktyorlar Leonardo Di Kaprio , Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin, məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.
Pedro Almodovarın yeni qısametrajlı filmi "Qəribə həyat tərzi" rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Ancaq tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır.
Festivala seçkilərdə qadın rejissorların yeri də araşdırılacaq.
Netflix Kann Festivalı qaydasına əməl etməkdən imtina edərək, “La Mostra de Venise” İtaliya film festivalında iştiraka üstünlük verir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-04-2023, 13:51