Əbülfəz Qarayev üzün ,qara olsun
73-cü Kann film festivalına düşən filmlərin siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan bəhs edən film də var.
Yox, sevinməyə tələsməyin, filmimiz Kann festivalına düşməyib. Amma ermənilərin işğal altındakı Qarabağla bağlı çəkdikləri film festivala düşüb. Ermənistan, Belçika və Fransanın birgə istehsalı olan “Əgər külək əsərsə” adlı bu filmin rejissoru Nora Martirosyandır.
Təsəvvür edin, adamlar Qarabağımızdan film çəkib festivala düşürlər.Filmi izləmədiyim üçün dolğun təsəvvürüm yoxdur, lakin bildiyimə görə, filmdə erməni ailə üzvlərinin Azərbaycanın “aqressiyasına” görə bir-birindən uzaq düşməsindən bəhs edilir.
P.S.Festivala ümumilikdə 2067 film göndərilib. Bunlardan 56-sı festivalın proqramına daxilib. Bu 56 film Toronto, Nyu York, Venesiya, San Sebastyan və başqa böyük şəhərlərdə nümayiş olunacaq. Yəni dünyada milyonlarla insan Qarabağ münaqişəsi məsələsində erməni yalanlarını izləyib, ona inanacaq.
KARUSEL / YAZARLAR
Tarix: 6-06-2020, 00:00