Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 567 milyon manat təşkil edib. Büdcənin icrasında 1 milyard 723 milyon manatlıq və ya ümumi daxili məhsulun 5,7 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 877,4 milyon manat, xərcləri isə 3 milyard 660,4 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 2 milyard 217 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,2 faizinə bərabər olub.
Daxilolmaların 42,19 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 24,71 faizi əlavə dəyər vergisi, 4,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,80 faizi fiziki şəxslərin gəlir vergisi, 3,44 faizi aksizlər, 1,19 faizi sadələşdirilmiş vergi, 1,55 faizi vergilərin digər növləri, 18,78 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 26,2 faizi iqtisadi fəaliyyətin, 18,2 faizi sosial müdafiə və sosial təminatın, 14,8 faizi təhsil və səhiyyənin, 12,1 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 10,3 faizi ümumi dövlət xidmətlərinin, 18,4 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 17-04-2023, 15:45