mobil versiya

İƏT Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırıb



İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistanı Azərbaycanın suverenliyin və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır.
"Report" xəbər verir ki, bu barədə qurumun saytında yayılan məlumatda qeyd olunub.
Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş 49-cu sessiyasında və əvvəlki sessiyalarda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınması və hörmət əsasında normallaşdırılması çağırışını təkrarlayıb.

KARUSEL / SİYASƏT
Tarix: 4-05-2023, 18:41