mobil versiya

Mayın 15-də havanın temperaturu iqlim normasından 3° aşağı olub


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 16-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Xidmətdən verilən məlumata görə, qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 2, Qrızda 1 santimetr təşkil edib, həmçinin Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərinə də qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 35 (aylıq normanın 77 faizi), Astarada 35 (aylıq normanın 69 faizi), Lerikdə 21, Yardımlıda 17 (aylıq normanın 28 faizi), Kürdəmirdə 15 (aylıq normanın 39 faizi), Qəbələ, Oğuzda 13, Goranboyda 12, Göyçayda 10, Bərdə, Ağdamda 9, Zərdab, Göygöldə 8, Şəki, Qrız, Biləsuvarda 7, Şahdağ, Mingəçevir, Neftçala, İsmayıllıda 6, Gəncə, Yevlax, Gədəbəydə 5, Naftalan, Ordubad, Şamaxı, Sabirabad, Altıağacda 4, Xaltan, Beyləqan, İmişli, Cəfərxan, Daşkəsəndə 3, Tərtər, Şahbuzda 2, Naxçıvan, Ağstafa, Balakən, Zaqatala, Qobustan, Quba, Qusar, Şabranda 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Mayın 15-də şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında arabir 23 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.3 metrə çatıb.
Ordubad, Naftalan, Gəncə, Şəmkir, Qax, Şamaxı, Şəki, Qrız, Göyçay, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Mayın 15-də havanın temperaturu iqlim normasından 3° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14° isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-6° isti, yüksək dağlıq rayonlarda 4°-dək şaxta, aran rayonlarında 12°-dək isti təşkil edib.

KARUSEL / ÖLKƏ
Tarix: 16-05-2023, 12:33