PASHA Bank azad olunmuş ərazilərdə müştərilərinə 132 milyon manat dəyərində dəstək göstərib - Cavid Quliyev
PASHA Bank Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən müştərilərinə 132 milyon manat dəyərində dəstək göstərib.
Bunu PASHA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmçinin startap layihələrə dəstək göstərilib.
"Azərbaycanda ilk dəfə olaraq daşınmaz əmlakın lizinqi maliyyə vasitəsi işə salınıb. Həmçinin 2022-ci ildə sənaye sahəsindəki müştərilər üçün xüsusi bank kartları təqdim olunub" - o deyib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-05-2023, 13:23