mobil versiya

İstanbul ŞOK-da - Yaralılar yerə səpələndi - VİDEO



Türkiyənin İstanbul şəhərində sürücü avtobusu dayanacaqdakı insanların üzərinə sürüb.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, dəhşətli hadisə bu gün Beşiktaş meydanında baş verib.

Belə ki, sərnişin avtobusununu sürücüsü maşını dayanacaqda insanların üzərinə sürüb.

Avtobus dayanacağa çırpıldıqdan sonra dayanıb. Sürücü əlinə bıçaq alaraq yerə düşüb. Yerdə insanlardan birinə bıçaqla zərbə vurub və daha sonra özünü dənizə atıb.

Polislər onu dənizdən çıxarıblar və həbs ediblər.

Araşdırmalar zamanı sürücünün kimliyə məlum olub. O, Necdet K. olub. Onun 10 ildən çoxdur sürücülük etdiyi bildirilib.

Saxlanılan şəxsin əməlləri nəticəsində 13 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 4-11-2019, 10:15