mobil versiya

İyunun 3-də Bakı-Astana marşrutu üzrə ilk uçuş həyata keçiriləcək


2023-cü il iyunun 3-də Bakı-Astana marşrutu üzrə ilk uçuş həyata keçiriləcək.
Sərnişinlər FlyArystan tərəfindən daşınacaq.
Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla saat 02:15-də, Astanadakı Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş isə saat 07:35-də (yerli vaxtla) nəzərdə tutulub. Uçuşun müddəti 3 saat 20 dəqiqə olacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-05-2023, 18:34