mobil versiya

Altı ayda narkotiklərin qanunsuz dövriyyəsinə görə 4 min 277 nəfər cinayət məsuliyyətinə cəlb edilib



Yanvar-iyun aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 277 nəfər cəlb edilib. Onlardan 4 min 179-u kişi, 98-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşıdır.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Ümumilikdə, aşkar edilən cinayətlərin 135-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 17 kiloqram 567,9 qram və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qram güclü təsir edən maddə müsadirə olunub. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 958 kiloqram 088,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 11-07-2023, 17:16