Səudiyyə Ərəbistanının daha iki şəhərinə yeni reyslər açılır

AZAL-dan verilən məlumata görə, 15 sentyabrdan Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Səudiyyə Ərəbistanının əzəmətli paytaxtı Ər-Riyad və şərq sahilinin ləl-cəvahiratı Dammam öz gözəlliyi ilə heyran edir. Bu tarixi və müasir şəhərlər səyahətinizi xüsusi və unudulmaz etmək üçün unikal imkanlar təklif edir.
Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-07-2023, 12:50