mobil versiya

İranda daşqınlardan zərər çəkən insanların sayı 400-ə çatıb



İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 400 nəfər zərər çəkib.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
İranın Qızıl Aypara Cəmiyyətinin yerli şöbəsinin açıqlamasında deyilir ki, 15 xilasetmə qrupu zərərçəkənlərə yardım edib, 300-dən çox insan Qızıl Ayparanın çadırlarına yerləşdirilib, zərərçəkənlərə lazımi yardım göstərilib: onlara ərzaq bağlamaları, isti paltarlar və zəruri əşyalar verilib.
Sistan və Bəlucistan əyalətinin rəhbəri güclü yağışlar nəticəsində kənd təsərrüfatı da daxil olmaqla bir çox infrastruktur obyektlərinə zərər dəydiyini bildirib.(report)


KARUSEL / DÜNYA
Tarix: 31-07-2023, 16:05