Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb
Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində intensiv yağışların yağması ilə yaranan seldən onlarla insan zərər çəkib.
Bu barədə səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir onların sağlamlıq durumlarının yaxşı olduğunu deyib.
"Sel zamanı Şanlıurfada 60, Adıyamanda 8 nəfər zərər çəkib. Onların ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Adıyamanda 2, Şanlıurfada 3 nəfərin itkin düşdüyü məlum olub. Şanlıurfada 93 təcili yardım və 3 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) qrupu, Adıyamanda 5 təcili yardım maşını 3 UMKE qrupları ayrılıb və zəruri səhiyyə xidmətləri göstərilir”, - nazir deyib.
Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylu bölgədə daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.(Report)
KARUSEL / DÜNYA
Tarix: 16-03-2023, 09:43