Ayxan Hacızadə Litvanın XİN rəhbərinə cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin X paylaşımına cavab verib.
Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb.
“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, - o qeyd edib.
Ayxan Hacızadə bildirib ki, Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib.
“Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı”, - Ayxan Hacızadə qeyd edib.
KARUSEL / SİYASƏT
Tarix: 9-08-2023, 15:48