mobil versiya

Kral həyata keçirilən yardım tədbirlərinin tezliklə davam etdirilməsi üçün Baş Komandanlığa göstərişlər verib



Mərakeş kralı VI Məhəmməd, vəliəhd şahzadə Moulay El Həsənin müşayiəti ilə Rabatdakı Kral Sarayında 8 sentyabr tarisində baş vermiş və Krallığın bir sıra bölgələrində insan tələfatı, maddi itkilərə səbəb olmuş zəlzələdən sonra vəziyyətin araşdırılmasına həsr olunmuş işçi iclasda iştirak edib.
Bu məqsədlə, iştirak edən rəsmilər Əlahəzrət Kralın hüzuruna,  təsirə məruz qalan prefektura və əyalətlərdə, xüsusən də gecə saatlarında əlçatmaz olan və təcili yardım müdaxiləsinin səhərə qədər reallaşdırıla bilmədiyi lokasiyalar barədə son vəziyyət barədə məlumatı təqdim edib.
İclasda iştirak edən rəsmilər bu genişmiqyaslı təbii fəlakətə operativ reaksiya vermək üçün görülmüş tədbirlərin təfərrüatlarını Böyük Krallığın diqqətinə çatdırılıb.
Bu təxirəsalınmaz tədbirlərlə əlaqədar, Kralın göstərişlərinə əsasən və onun daimi nəzarəti altında zəlzələdən sonrakı ilk anlardan etibarən Kral Silahlı Qüvvələrinin, yerli hakimiyyət orqanlarının, hüquq-mühafizə orqanlarının və mülki müdafiə dəstələrinin, eləcə də aidiyyəti nazirliklərin aşağıdakılara diqqət yetirməsinin vacibliyi qeyd edilib:
- Xilasetmə və xəsarət alanların təxliyyə əməliyyatlarını sürətləndirmək üçün axtarış-xilasetmə resurs-larının və qruplarının gücləndirilməsi;
- Təsirə məruz qalan ərazilərə içməli suyun verilməsi;
- Fəlakətdən zərər çəkmiş şəxslərə ərzaq dəstlərinin, çadırların və yorğanların paylanması;
- Dövlət xidmətlərinin sürətlə bərpası.
Bununla əlaqədar xatırladılır ki, Kral Silahlı Qüvvələrinin Ali Rəhbəri və Baş Qərargah rəisi Əlahəzrət Kral VI Məhəmmədin Ali Təlimatına əsasən, FAR təcili olaraq əhəmiyyətli insan və maddi-texniki resursları, hava və qurudan, habelə axtarış-xilasetmə qrda daxil olduğu xüsusi müdaxilə modullarını yerləşdirib.
Bu kontekstdə Əlahəzrət Kral yerdə həyata keçirilən yardım tədbirlərinin tezliklə davam etdirilməsi və aşağıdakılar üçün Baş Komandanlığa göstərişlər verib:
- Dərhal fövqəladə reabilitasiya proqramının həyata keçirilməsinə və fəlakət zonalarında dağılmış mənzillərin mümkün qədər tez bərpasına köməklik göstərməyə cavabdeh olan nazirliklərarası komissiya yaradılsın.
- Çətin vəziyyətdə olan insanlara, xüsusən də yetimlərə və həssas insanlara qayğı göstərilsin.
- Zəlzələ nəticəsində evsiz qalan bütün insanlara yaşayış, yemək və bütün digər əsas ehtiyaclar baxımın-dan təcili qayğı göstərilsin.
- Müvafiq sahələrdə fəaliyyətin sürətlə bərpası məqsədilə təsərrüfat subyektlərinin həvəsləndirilməsi təmin edilsin.
- Vətəndaşlardan, özəl və ictimai təşkilatlardan könüllü həmrəylik töhfələrini almaq məqsədilə Xəzinədarlıq və Bank Al Maghrib ilə birlikdı xüsusi hesab açılsın.
- V Məhəmməd Həmrəylik Fondunun bütün imkanları təsirə məruz qalan ərazilərdə vətəndaşlara dəstək və müşayiət etmək üçün tam səfərbər edilsin.
- Krallığın hər bir bölgəsində istənilən növ fəlakətə hazırlaşmaq üçün ilkin tələbat mallarının (dərmanlar, çadırlar, çarpayılar, ərzaq və s.) ehtiyatları yaradılsın.
Bütün ictimai binalarda bayraqların yarıya qədər endirilməsi ilə 3 günlük milli matəin elan edilməsi qərara alınıb.
Bundan əlavə, Əlahəzrət Kral Əmir Əl Möminin İslam İşləri Nazirinə Krallığın bütün məscidlərində qeyb namazının qılınması, qalanların isə ruhuna şəfa dilənməsi üçün ali göstərişini verib.
KARUSEL / DÜNYA
Tarix: 11-09-2023, 09:20