Annalena Berbok Kiyevdə səfərdədir
Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün səhər qatarla Kiyevə gəlib.
Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazıb.
XİN rəhbəri bildirib ki, Berlin Kiyevə iqtisadi, humanitar, eləcə də hərbi baxımdan dəstək verməkdə davam edəcək.
O, ölkə hakimiyyətinə korrupsiya ilə mübarizənin vacibliyini də xatırladıb.
Almaniyalı nazirin səfərinin dəqiq qrafiki məlum deyil. Onun prezident Vladimir Zelenski, ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşə biləcəyi güman edilir.
KARUSEL / DÜNYA
Tarix: 11-09-2023, 11:29