mobil versiya

Beynəlxalq Astronavtika Konqresində çıxış etmək üçün 95 ölkədən elmi məqalə təqdim olunub



Oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan məqalələrin arasında ölkəmizin 14 aparıcı universitetindən 82 tələbə və 17 professorun çıxışı planlaşdırılıb.
Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Azərkosmos”un əməkdaşları tərəfindən təqdimatçılarla Azərbaycan-Fransız Universitetində görüş keçirilib, onların uğurlu və effektiv çıxışlarını təmin etmək məqsədilə “bədən dili və jestlər”, “effektiv təqdimatetmə metodları”, “emosional zəka” mövzularında interaktiv təlimlər təşkil olunub.
Qeyd edək ki, Konqresdə çıxış etmək üçün ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-09-2023, 17:37