ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
Bu barədə Buyar Osmani "X" (Tvitter) sosial şəbəkə hesabında yazıb.
"Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm",- deyə o, əlavə edib.
Qeyd edək ki, 18 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu York şəhərinə yola düşüb.
KARUSEL / SİYASƏT
Tarix: 19-09-2023, 16:17