mobil versiya

AZƏRBAYCAN XANKƏNDİYƏ SİYAHI TƏQDİM EDİB – “Bu şəxslər Bakıya təhvil verilməlidir”


Azərbaycan tərəfi bu gün Qarabağdakı separatçılara konkret siyahı təqdim edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın müxalifyönümlü “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi sözügedən siyahıda adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.
“Həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin, hərbçilərin, habelə I və II Qarabağ savaşlarında Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub”, - deyə məlumatda bildirilir.

KARUSEL / GÜNDƏM
Tarix: 20-09-2023, 17:44