mobil versiya

Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI




Azərbaycanda koronavirus pandemiyası ilə hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.

"Report" həmin siyahını təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
kütləvi informasiya vasitələrinin əməkdaşları;
Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).


MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 2-04-2020, 23:38