mobil versiya

Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı QƏRAR



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edib. 

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

  • Azərbaycan Respublikasının Maliyyə naziri
Kollegiyanın üzvləri:
  • Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini
  • Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
  • Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
  • rəhbəri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
  • rəhbərinin müavini
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə
  • Nəzarəti Xidmətinin rəisi
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
  • Xəzinədarlığı Agentliyinin direktoru
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
  • Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin
  • direktoru
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
  • Büdcə şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi
  • siyasəti və gəlirlər şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə
  • Baş Maliyyə İdarəsinin rəisi.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-11-2019, 10:39