Quş əti istehsalı azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən quş əti istehsalı 2.9% azalıb, yumurta istehsalı isə 27.5%, artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59.2 min ton quş əti və 599.4 milyon ədəd yumurta istehsal olunub.
Qeyd edək ki, ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11523,5 min baş olmuş, yanvar-sentyabr aylarında hər yumurtlayan toyuqdan orta hesabla 194 ədəd yumurta alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-10-2023, 11:02